Vergilər Nazirliyi: "Bank Standard"ın vergi borcu yoxdur

Vergilər Nazirliyi: "Bank Standard"ın vergi borcu yoxdur
10:27 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin vergi borcu yoxdur. Bunu "Report"un sorğusuna cavab olaraq Vergilər Nazirliyindən deyiblər.
Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə, adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergiler-nazirliyi-bank-standard-in-vergi-borcu-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR