Fərda Bəyazla görüşəcək

Fərda Bəyazla görüşəcək
10:52 14 Oktyabr 2016
26 Şou
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyev türkiyəli şoumen Bəyazit Öztürklə bir araya gələcək. 

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda özü xəbər verib. 

O bildirib ki, Bəyazın Bakıda planlaşdırılan konsertini səbirsizliklə gözləyirmiş:

"Bəyazla şəxsən telefonla danışdıq. Təəssüf ki, ayın 7-də olan konserti baş tutmadı. Amma İstanbulda olacaq. Onunla mütləq görüşəcəyəm".

Qeyd edək ki, F.Xudaverdiyevin "Selfinaz" adlı stand-up şousu oktyabrın 20-dən etibarən kinoteatrlarda nümayiş olunacaq. Aktyor nümayişin ilk günü şounu sevənləri ilə birlikdə izləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR