Moskvadan Yerevana gedən avtobus qəzaya uğrayıb: 5 nəfər ölüb, onlarla insan yaralanıb

Moskvadan Yerevana gedən avtobus qəzaya uğrayıb: 5 nəfər ölüb, onlarla insan yaralanıb
10:57 14 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Moskvadan Yerevana doğru hərəkət edən avtobus dünən gecə qəzaya uğrayıb, ölən və yaralananlar var.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Məlumata görə, yerli vaxtla saat 05:30-da Rusiya FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Vladikavkaz-Beslan trasının 8-ci km-də Moskvadan Yerevana doğru hərəkət edən "Mercedes Benz-0404-15R" markalı sərnişin avtobusunun "Skaniya" markalı yük maşınına çırpıldığı barədə məlumat daxil olub.
Qəza nəticəsində 27 sərnişin xəsarət alıb, onlardan beşi ölüb. 22 sərnişin, o cümlədən dörd uşaq isə Vladiqafqazda xəstəxanaya çatdırılıb.
Avtobusda ümumilikdə 52 sərnişin olub.
İlkin versiyaya görə, sərnişin avtobusunun sürücüsü sükan arxasında yuxuya gedib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/moskvadan-yerevana-geden-avtobus-qezaya-ugrayib-5-nefer-olub-onlarla-insan-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR