Göyçayda tibb işçiləri pambıq yığırlar - FOTO

Göyçayda tibb işçiləri pambıq yığırlar - FOTO
11:22 14 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay Rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu haqda tənqidi fikirlər səsləndirilir.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən, səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

"Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyiblər. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunublar. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər", - deyə baş həkimin müavini vurğulayıb.

***

Qafqazinfo məsələylə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, pambıq yığımında iştirak edən şəxslər səhiyyə işçiləri yox, texniki işçilərdir: "Onlar könüllü olaraq pambıq yığımında iştirak ediblər. Əvvəllər də bu kimi hallar olub. Növbədə olmayan insan hara istəsə gedə bilər. Nazirlik buna qarışmır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR