Suriya böhranının həlli yolu - Əsəd şərtləri açıqladı

Suriya böhranının həlli yolu - Əsəd şərtləri açıqladı
11:27 14 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

"Suriya böhranının həlli üçün danışıqlar kimlə gəldi yox, yalnız real təsir gücünə malik olan, quruda terrorçularla mübarizə apara biləcək siyasi qüvvələrlə aparılmalıdır".

AMilli.Az azvision.az-a istinadən bildirir ki, bunu Suriya prezidenti Bəşər Əsəd "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib. 

"Məsələ kimlə gəldi danışıqların aparılmasında deyil, dialoq real təsir gücünə malik olan, vəziyyəti dəyişə biləcək qüvvələrlə qurulmalıdır. Təsəvvür edək ki, biz Suriyada və ölkə hüdudlarından kənarda olan, vətənpərvər və ya qeyri-müxalif qüvvələri toplamışıq. Fərz edək ki, biz onlarla hər şey barədə razılığa gəlmişik. Və "Bu Suriya üçün gözəl gələcəkdir", - deyə bəyanat vermişik. Məsələ ondadır ki, onlardan kim terrorçuların hərəkətlərinə təsir edəcək?" - deyə Əsəd bildirib.

Suriya prezidenti qeyd edib: "Biz bilirik ki, bu terrorçuların əksəriyyəti "Əl Qaidə", İŞİD, "Ən Nüsrə", "Əhrar əş-Şam" kimi qeyri-siyasi təşkilatlarla əlaqəli olan qruplaşmaların üzvüdür. Onları vəhhabi ideologiyasından başqa heç bir ideologiya maraqlandırmır. Bu, o deməkdir ki, siyasi müxalifətlə hər hansı danışıqlar vəziyyəti dəyişməyəcək. Bu, problemin əsas tərəfidir".

Bəşər Əsədin sözlərinə görə, Suriya hökumətinin vəziyyətə təsir edə biləcək üsulları var: "Biz terrorçularla mübarizə aparırıq. Bəs müxalifət nə edə bilər? Məsələ bundadır. Və mənim bu suala cavabım yoxdur. Onlar nəyə qadir olduqlarını və nə edə biləcəklərini özləri deməlidirlər". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR