İnyestaya ömürlük müqavilə təklifi

İnyestaya ömürlük müqavilə təklifi
11:52 14 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Andres İnyesta futbolçu karyerasını bitirdikdən sonra da "Barselona"da qala bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu təcrübəli yarımmüdafiəçiyə ömürlük müqavilə təklif edəcək. 

Təklifi qəbul edəcəyi halda, İnyesta "Barselona"da istədiyi qədər qala bilər. Futbolçu karyerasını bitirdikdən sonra isə o, klubda başqa vəzifə tutacaq.

Xatırladaq ki, 32 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 14 il əvvəl debüt edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR