Qazaxda hərəkət hissəsi sıradan çıxmış Qazax-Kosalar avtomobil yolunun tikintisi bitib

Qazaxda hərəkət hissəsi sıradan çıxmış Qazax-Kosalar avtomobil yolunun tikintisi bitib
11:57 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, avtomobil yolunun uzunluğu 8 km təşkil edir.
Yol təsərrüfatı orqanı bildirir ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Artıq bu ildən etibarən bu kimi problemlər yol boyu yaşayan sakinləri narahat etməyəcək. Çünki Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.
Yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Tikinti layihəsi çərçivəsində 42 sm qalınlığında və 41,7 min kubmetr həcmdə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra 2 qat olmaqla yolun 48 min kv. metr sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa, yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 460 metr təşkil edir.
Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, 4,1 min kv.m yolcizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 1 yerdə avtobus dayanacağı tikilib.
Yolun yenidən qurulması nəticəsində Qazax rayonunun iki yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişini asanlaşdıracaq.








Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/qazaxda-hereket-hissesi-siradan-cixmis-qazax-kosalar-avtomobil-yolunun-tikintisi-bitib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR