Erməniləri daşıyan avtobus Rusiyada qəzaya uğradı: 32 yaralı, 5 ölü - FOTO

Erməniləri daşıyan avtobus Rusiyada qəzaya uğradı: 32 yaralı, 5 ölü - FOTO
11:58 14 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Moskvadan İrəvana hərəkət edən avtobus Vladikavkazda qəzaya uğrayıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, avtobus Vladikavkaz-Beslan yolunun 8-ci kilometrliyində “Skaniya" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 32 sərnişin xəsarət alıb, 5 nəfər ölüb. Yaralılar Vladiqafqazda xəstəxanaya çatdırılıb. Onlardan dördü azyaşlıdır. Avtobusda ümumilikdə 52 sərnişin olub.

Hər iki sürücünün öldüyü bildirilir. Rusiya prezidenti Vladimir Putin zərərçəkənləyin İrəvana çatdırılması üçün hava nəqliyyatının ayrılması barədə tapşırıq verib.

Ömər Dağlı



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR