"Bu mahnını başqa adam oxuya bilməz"

"Bu mahnını başqa adam oxuya bilməz"
12:06 14 Oktyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, şair sözlərini yazdığı, tez bir zamanda məşhurlaşan "Xatirədir" mahnısından danışıb:

"Mahnı şairin əsəri deyil. Mahnı ən azı 3 müəllifin birgə işidir. Bizim bu mahnını Avropa Psixoloqlar Assosiasiyası müalicə proqramına daxil edib. Adamlar bizə deyirdilər ki, səhəri bu mahnı ilə açıb, gecəni bununla qapadıram. Bu təriflər məni sevindirirdi.

Bəstəkar Kamalla "İlahi" mahnısını yazanda düşündük ki, bunu Alim Qasımovdan başqa adam oxuya bilməz. Sanki mahnı özü deyirdi ki, məni ancaq ona verin. Alim Qasımov da bu mahnını oxuduqdan sonra ona bir başqa yaraşdı. İkinci mahnını isə şəxsən Alim Qasımov üçün yazdıq".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR