Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə sazişi ratifikasiya edib

Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə sazişi ratifikasiya edib
12:12 14 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə Suriya tərəfi ilə olan sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, daha əvvəl bu sazişi Dövlət Duması və Federasiya Şurası təsdiq etmişdi.
Saziş Rusiya və Suriya nümayəndələri tərəfindən hələ ötən il imzalanmışdı, lakin onun ratifikasiyası bu ilin payızından başlanıb.
Sənəddə deyilir ki, Rusiya aviasiya qrupu Suriyada Bəşşar Əsəd hökumətinin xahişi ilə yerləşdirilib və aviaqrup üçün silah və yanacaq Suriyaya heç bir rüsum tutulmadan idxal olunacaq.
Müqaviləyə əsasən, Rusiya aviasiya qrupunun tərkibi Suriya hökuməti ilə razılaşdırılma yolu ilə Rusiya tərəfindən müəyyən edilir.
Sənəddə, həmçinin göstərilib ki, Suriya tərəfinin Rusiyaya, onun aviaqrupu və şəxsi heyətinə heç bir narazılığı yoxdur və onların fəaliyyəti ilə bağlı heç bir iddia qaldırmayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/vladimir-putin-rusiya-aviasiyasinin-suriyada-muddetsiz-yerlesdirilmesi-barede-sazisi-ratifikasiya-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR