Türkiyədə 3 general və 1 admiral həbsdən buraxıldılar

Türkiyədə 3 general və 1 admiral həbsdən buraxıldılar
12:17 14 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra həbs olunmuş 3 general və 1 admiral sərbəst buraxılıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, generallar Əli Akyürək, Vəli Yıldırım, Şener Yazıçıoğlu və admiral Məsud Ak azad ediliblər. Məhkəmə qərarını bu şəxslərin çevrilişə cəhd etmiş hərbi qanadla əməkdaşlığına dair şübhə olsa da, kifayət qədər dəlil olmaması ilə əsaslandırıb.  
 
Qeyd edək ki, general Vəli Yıldırım Ali Hərbi Şuranın qərarı ilə təqaüdə göndərilib, Məsud Ak isə Silahlı Qüvvələrdən xaric edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR