Qazaxıstan şirkəti Ermənistanda öldürücü olmayan silah istehsal etməyə hazır olduğunu bildirib

Qazaxıstan şirkəti Ermənistanda öldürücü olmayan silah istehsal etməyə hazır olduğunu bildirib
12:22 14 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qazaxıstanın "AlmaDK" şirkəti Ermənistan tərəfi ilə öldürücü olmayan silah istehsalı məsələsində əməkdaşlığa hazırdır.
"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Nurjan Makulbek Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində bildirib.
"Biz, həmçinin pirotexniki vasitələr və əsgərlərin məşq etməsi üçün imitasiyalı patronlar istehsal edirik. Təlimlər və ya hərbi əməliyyatlar zamanı qoşunların maskalanmasına yardım edə biləcək hər cür tüstü də istehsal edirik. Texnologiyalarımızdan istifadə edib silahları Ermənistanda da istehsal edə bilərik", - deyə N.Makulbek vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR