"Kaşaqan"dan ilk neft ixrac olunub

"Kaşaqan"dan ilk neft ixrac olunub
12:47 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Xəzər dənizi hövzəsində yerləşən Qazaxıstanın "Kaşaqan" yatağından ilk neft partiyası ixrac olunub. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, "Kaşaqan" yatağında 16 ildir kəşfiyyat-qazma işləri aparılır və bura 50 mlrd. ABŞ dollarından çox vəsait yatırılıb.
Qazaxıstan Energetika Nazirliyindən verilən məlumata görə, ilk partiya 26,5 min ton (186 min barel) neftdən ibarət olub ki, bunun da 7,7 min tonu (54 min barel) Xəzər Boru Kəməri ilə göndərlib. Nazirlikdən bildirilib ki, yataqdan sabit hasilatın əldə olunması üçün bir qədər zaman tələb olunacaq. Bu müddət ərzində dəniz və quru sahələrində bir sıra işəsalma qurğularının quraşdırılması lazım olacaq.
Xatırladaq ki, "Kaşaqan" layihəsi uzun müddətdir müxtəlif səbəblərdən əlavə xərclərin yaranması ilə üzləşib. Belə ki, dənizin altında turş qazın tapılması layihənin tərəfdaşlarını boruları dəyişdirməyə məcbur edib. Nəticədə, 38 mlrd. dollar həcmində nəzərdə tutulan layihənin dəyəri 53 mlrd. dollara qədər yüksəlib.
Layihənin ilk opertaroru olan İtaliyanın "Eni Spa" şirkəti bildirib ki, "Kaşaqan"dan gündəlik 370 min barel neft hasil olunacaq. Lakin bir çox analitik bunu həddindən artıq nikbin proqnoz hesab edir. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkətinə görə, 2017-ci ildə yatağın quru sektorundan gündə yalnız 154 min barel hasil etmək mümkün olacaq.
Qeyd edək ki, "Kaşaqan" yatağının işlənməsi layihəsində Qazaxıstanın payı 16,88%, "Eni", "Total", "Royal Dutch Shell" və "ExxonMobil"in hər birinin - 16,81%, "China National Petroleum"un - 8,33%, Yaponiyanın "İnpex" şirkətinin payı isə 7,56% təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/kasaqan-dan-ilk-neft-ixrac-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR