Nadir Ezoya tənqid yazdı, sonra da sildi

Nadir Ezoya tənqid yazdı, sonra da sildi
12:52 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə Türkiyədə yaşayan azərbaycanlı ifaçı Ezo ilə pağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Nəsib olsa" verilişinə qonaq olan Ezonun Azərbaycan dilində yox, türkcə danışmasını qınayıb:

"Təsadüfən kanalların birində bu qızın qonaq olduğunu gördüm. Düzü tanımasam da, aparıcının dilindən adının Ezo olduğunu eşitdim. Əvvəlcə elə bildim Türkiyə sənətçisidir, sonra öyrəndim ki, azərbaycanlıdır, cənub bölgəsindəndir.

Amma bir şeyi anlamadım, bu qız doğma dilində danışmadı. Yəqin, öz dilindən utanır? Başqa cür necə ola bilər ki? Yazıq dilimiz, artılq səndən utanırıq da. Allah sənin köməyin olsun, yavaş-yavaş səni itirirk. Sualıma cavab tapsam, sevinərəm".

N.Qafarzadə bir az keçəndən sonra paylaşımını silib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR