Putinin yeni Qarabağ oyunu: işğal olunmuş ərazilər...

Putinin yeni Qarabağ oyunu: işğal olunmuş ərazilər...
13:03 14 Oktyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağda aprel döyüşləri regionda gərginliyin olduğunu açıq şəkildə göstərdi. Bu gərginlik başa çatmayıb və yeni müharibə başlaya bilər.

Publika.az
xəbər verir ki, bu barədə nüfuzlu Amerika nəşri “Foreign Affairs” yazıb.

Nəşrin məqaləsində ən diqqət çəkən məqam isə ərazilərin bir qisminin qaytarılması ilə bağlı proqnozdur.

“Moskva razılaşma üçün Ermənistana təsir etmək gücündədir. Beləliklə, ərazilərin müəyyən hissəsi Azərbaycana qaytarılacaq. Bu, Azərbaycan üçün cəlbedicidir. Lakin Bakını Moskvanın bunun qarşılığında nə istədiyi narahat edir. Ehtimal ki, Bakıdan Avrasiyaya inteqrasiya etməsini istəyəcəklər. Ermənistan hakimiyyəti isə qorxur ki, Rusiya 1990-cı illərdə işğal olunmuş bütün ərazilərin qaytarılmasını tələb edə bilər”, - deyə məqalədə qeyd olunur.

SSRİ dağılandan sonra Cənubi Qafqazda dramatik hadisələrin müşahidə olunduğunu yazan nəşr yaxın dövrdə regionda yeni sarsıntıların olacağını da diqqətə çatdırıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR