AMEA-nın magistraturasında təhsil alan şəhid ailələrinin üzvləri ödənişdən azad ediləcək

AMEA-nın magistraturasında təhsil alan şəhid ailələrinin üzvləri ödənişdən azad ediləcək
13:07 14 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.14 oktyabr. REPORT.AZ/ Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin də təhsil haqqından azad edilməsi mümkün olacaq.
"Report"un məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bundan başqa, "Təhsil haqqında" qanun layihəsinə yeni məzmunda maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/amea-nin-magistraturasinda-tehsil-alan-sehid-ailelerinin-uzvleri-odenisden-azad-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR