"BOA Kollektor Agentliyi"nin təsisçilərindən biri şirkətdəki payını satıb

"BOA Kollektor Agentliyi"nin təsisçilərindən biri şirkətdəki payını satıb
13:22 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan, 2011-ci ildə yaradılmış "BOA Kollektor Agentliyi" MMC-nin iki təsisçisindən biri payını satıb. Bu barədə "Report"a Şirkətdən bildirilib.
Məlumata görə, söhbət "BOA Kollektor Agentliyi"ndə 50%-lik iştirak payına malik İlkin Qəriblidən gedir. Bununla belə, onun payını kimə satdığı açıqlanmayıb. Şirkətin digər təsisçisi isə Rüstəm Hacıyev olaraq qalmaqdadır.
Xatırladaq ki, İlkin Qəribli "Unibank" ASC-nin 56,91%-lik səhmdarı və Bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun, Rüstəm Hacıyev isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/boa-kollektor-agentliyi-nin-tesiscilerinden-biri-sirketdeki-payini-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR