"Çelsi"dən 900 milyonluq müqavilə

"Çelsi"dən 900 milyonluq müqavilə
13:32 14 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" "Nike" firması ilə müqavilə imzalayacaq. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözləşmənin müddəti 15 illikdir. "Nike" ilə əməkdaşlıqdan "Çelsi" hər il 60 milyon funt əldə edəcək. 

Mayda London klubu "Adidas"la müqaviləni vaxtından əvvəl pozacaq. Bu səbəbdən "Çelsi" qarşı tərəfə 40 milyon funt təzminat ödəyəcək. 

"Nike" "Çelsi"nin əsas, qadınlardan ibarət komandanı və akademiya üzvlərini forma ilə təmin edəcək. 

Qeyd edək ki, Roman Abramoviçin komandası İngiltərə Premyer Liqasında "Mançester Siti"dən sonra "Nike" ilə əməkdaşlıq edən ikinci klub olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR