Bakıda dustaq aparan zirehli maşın qəzaya düşdü

Bakıda dustaq aparan zirehli maşın qəzaya düşdü
13:32 14 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli "Mercedes" markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus "Toyota" markalı digər avtomobillə toqquşub.
Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR