Xəzərətrafı şəhərlər birləşir

Xəzərətrafı şəhərlər birləşir
15:11 5 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistanın yeni "Berkarar"adlı gəmisi Türkmənbaşı (keçmiş Krasnovodsk) şəhərindən Rusiyanın Həştərxan şəhərinə ilk reysə çıxıb. Bununla da iki şəhər bir-birinə daha da yaxınlaşıb.

ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, gəmi Həştərxanda inşa olunan orta məktəb üçün tikinti materialları aparıb.

Məktəb türkmən diasporasının yığcam yaşadığı Həştərxan şəhərində Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovun təşəbbüsü ilə tikilir. Təhsil ocağı həmçinin Türkmən Mədəniyyət Mərkəzinin funksiyalarını da yerinə yetirəcək.

"Berkarar" gəmisi Türkmənistanın sifarişi üzrə Xorvatiyanın ULJANIK tərsanəsində yığılıb və keçən ilin dekabrında Türkmənbaşı limanına gətirilib. Gəmi sərnişinlərin, avtomobillərin və başqa təkərli texnikanın daşınması üçün nəzərdə tutulub. Gəmi birdəfəyə 200 sərnişin və 55 avtomobil daşıya bilər. Türkmənistan Xorvatiyaya eyni kateqoriyaya aid ikinci gəmi sifariş edib və 2015-ci ildə ölkəyə gətiriləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR