Nəqliyyat naziri Ağsuda vətəndaş qəbulu keçirəcək

Nəqliyyat naziri Ağsuda vətəndaş qəbulu keçirəcək
13:32 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Nəqliyyat naziri  Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
Nazirlikdən "Report"a daxil olan məlumata görə, qəbul vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 19-da saat 09:00-dan 18:00-dək Şamaxı şəhəri (48-ci məhəllə), İsmayıllı şəhəri (Ə.Ələkbərzadə küçəsi) və Ağsu şəhərində (M.Rəsulzadə küçəsi) aparılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR