Obama Gülənin dərhal qaytarılmasını tələb etdi

Obama Gülənin dərhal qaytarılmasını tələb etdi
13:33 14 Oktyabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin dərhal Türkiyəyə qaytarılmasını tələb edib.

Publika.az xəbər verir ki, bu iddia ilə jurnalist yazar Ergün Diler çıxış edib.

Onun sözlərinə görə, avqustun 29-da ABŞ prezidenti, vitse-prezident Jo Bayden, müdafiə naziri Eşton Karter, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Con Brennan və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford bir masanın ətrafına toplaşırlar.

Toplantının gündəliyində Fəthullah Gülən, iyulun 15-də Türkiyə edilən hərbi çevrilişə cəhd, Rusiya-Türkiyə əlaqələri və Mosul əməliyyatı var idi. İddiaya görə, ilk çıxışı Barak Obama edib. “Mən Gülənin dərhal Türkiyəyə verilməsini istəyirəm. Sizi dinləyəcəm, amma qərarım budur”, - Obama deyib.

Jo Bayden, Eşton Karter və Con Brennan bunun ABŞ-ın maraqları üçün risk olduğunu bildiriblər. Cozef Dunford isə Gülənin sövdələşmələrdən sonra verilməsini təklif edib.

Masadakılar Obamaya qarşı olsalar da, prezident geri addım atmayıb: “Gülənin qaytarılması Amerikanın Yaxın Şərqdəki maraqları üçün vacibdir”.

Ergün Diler qeyd edir ki, Karter və Brennan birbaşa olaraq Baydendən əmr aldığı üçün Obamanın fikri ilə razılaşmayıblar. Üç saat davam edən toplantıdan sonra Obama və Bayden görüşü təkbətək davam etdiriblər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR