Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb

Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb
13:42 14 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.14 oktyabr. REPORT.AZ/ Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilmiş plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Əvvəllər sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli idisə, dəyişiklik layihəsinə əsasən, sahibkar həm də təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-sahibkarlarin-mesuliyyeti-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR