"Qəbələ"nin rəqibində 1 aylıq itki

"Qəbələ"nin rəqibində 1 aylıq itki
13:47 14 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən olan "Anderlext"də ciddi itki baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bənövşəyi-ağlar" yarımmüdafiəçi Aleksandru Çipçiunun xidmətindən məhrum qalıblar.

27 yaşlı hücumameyilli futbolçu DÇ-2018-in seçmə mərhələsində Rumıniyanın heyətində Qazaxıstanla qarşılaşmada zədələnib. 0:0 hesabı ilə nəticələnən görüşdə fasilədən sonra əvəzlənən Çipçiu klubuna döndükdən sonra tibbi müayinədən keçib. Məlum olub ki, Belçika təmsilçisinin yayda heyətinə qatdığı oyunçunun zədəsi ciddidir və o, 1 ay komandadan kənar qalacaq.
 
Çipçiu daxili çempionatda bir neçə oyunla yanaşı, Avropa Liqasında "Maynts"la hər iki qarşılaşmanı buraxacaq. Ancaq onun "Qəbələ" ilə görüşə yetişməsi gözlənilir. Çünki "Qəbələ" - "Anderlext" matçı 40 gündən sonra, yəni noyabrın 24-də baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR