Azərbaycanda pivənin pərakəndə satışına cərimə tətbiqi aradan qaldırılıb

Azərbaycanda pivənin pərakəndə satışına cərimə tətbiqi aradan qaldırılıb
14:07 14 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılıb.
“Report”un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 
Belə ki, Məcəllənin 450.2 maddəsinə pivə sözü də əlavə edilir. Hazırda qüvvədə olan maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir. 
Dəyişikliyə əsasən isə tütün sözündən əvvəl, pivə sözü də əlavə edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-pivenin-perakende-satisina-cerime-tetbiqi-aradan-qaldirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR