Qalmaqallı şahzadə, polisə aparılan ana, "Fu Fu" və "Fe Fe" - FOTO

Qalmaqallı şahzadə, polisə aparılan ana, "Fu Fu" və "Fe Fe" - FOTO
14:13 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Tailand polisi şahzadə Maha Vajiralongkornun ağ topda və yay ayaqqabısında olan şəklini sosial şəbəkələrdə paylaşan britaniyalı jurnalist Endryu MakQreqor Marşallın həyat yoldaşı Noppavan "Ploy" Bunluesilp polis bölməsinə çağırılmışdı. 

Tailand şahzadəsi xanımı Suthida Vajiralongkorn ilə birlikdə bu ilin iyul ayında Almaniyanın Münhen şəhərində özəl reaktiv təyyarədən yerə enəndə fotolar çəkilmişdi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, fotolarda şahzadə qarnıaçıq, yarıçılpaq şəkildə, əynində də belidüşük şalvarda idi.

Fotoları Almaniyanın "Bild" jurnalı dərc etmişdi, Noppavanın əri MakQreqor sosial şəbəkələrdə paylaşmışdı. Şahzadənin qucağında it vardı.

"Bild" bu itin "Fu Fu" olduğunu demişdi. Halbuki "Fu Fu" 2015-ci ildə ölmüşdü.

Şahzadənin qucağında olan it eynən "Fu Fu" təki pudel cinsindən olan "Fe Fe" idi.

Olay Tailandda çox böyük qalmaqala səbəb olmuşdu. Polis Noppavanı paytaxt Banqkokda saxlamışdı və 4 saat davam edən dindirmədən sonra buraxmışdı.

"Xanımımı üç yaşlı oğlumla birlikdə apardılar", - MakQreqor demişdi.

Noppavan "Ploy" Bunluesilp jurnalistlərə açıqlamasında demişdi: "Mənə dedilər ki, çəkdiyim fotolarda şahzadəni təhqir etmişəm".

Banqkok polisi bu fotoları saxta adlandırmışdı.

2011-ci ildən bəri Banqkokda yaşayan MakQreqor isə söyləmişdi: "Fotolar saxta deyil. Xanımımın heç bir suçu yoxdur".

Tailandın kralı, 89 yaşlı Phumipon Adulyadet vəfat edib. Tailandın yeni kralı varis şahzadə Maha Vaçiralonqkorn olacaq. 64 yaşlı şahzadə mərhum kral Phimpona Adulyadetin yeganə oğludur.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR