Rusiya Qarabağ ətrafına qoşun yeridir

Rusiya Qarabağ ətrafına qoşun yeridir
14:13 14 Oktyabr 2016
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistanda 102-ci hərbi bazadan savayı yeni hərbi baza yarada bilər.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün İrəvanda keçirilən iclasında qərar veriləcək.

Məlumata görə, bu hərbi baza KTMT-yə məxsus olacaq və ora qurumun gücləri yerləşdiriləcək.

“1in.am” saytı yazır ki, bu hərbi baza de-yure Rusiyanın olmasa da, de-fakto Moskvaya məxsus olacaq.

“Bu hərbi baza Ermənistanın şərq sərhədlərində, yəni Qarabağa yaxın ərazidə yerləşdiriləcək. Gözlənilir ki, Rusiya bu hərbi bazaya öz qoşunlarını yerləşdirəcək”, - deyə sayt yazır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR