Əmanətlərin Sığortalanması Fondu “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 849 min manatdan artıq kompensasiya ödəyib.
Publika.az xəbər verir ki, 4 bank üzrə ümumilikdə 104 milyon 501 min manatdan artıq kompensasiya həyata keçirilib. “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 869 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 715 min manatdan artıq kompensasiya həyata keçirilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya aparılıb. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilib.
13 sentyabr 2016-cı il tarixində QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 58 milyon 012 min manat artıq kompensasiya ödənilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 milyon 268 min manatdan artıq kompensasiya həyata keçirilib.
İqtisadiyyat şöbəsi