Manatın üzərində Heydər Əliyevin şəkli olsun - TƏKLİF

Manatın üzərində Heydər Əliyevin şəkli olsun - TƏKLİF
14:28 14 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır.

Bu təklifi millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: “ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma kimsə ürəyinin başında gəzdirmək istəyirsə, buna qadağa qoya bilməz. Heydər Əliyevin adı hər yerdə olmalıdır”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR