AZAL Bakı-Dubay aviareysi üzrə aksiya keçirir

AZAL Bakı-Dubay aviareysi üzrə aksiya keçirir
14:47 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya keçirir.
AZAL-ın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, bu il dekabrın 1-dək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.
Eyni zamanda, aviabiletlərin dəyərinə 23 kq-də baqajın daşınması, isti və soyuq qidaların bütün çeşidləri daxildir.
Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə həyata keçirilir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR