Moskva. Fərid Əkbərov - APA. Bu həftən başlayaraq Rusiya paytaxtında havanın hərarəti kəskin aşağı düşəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, yanvarın 6-da Moskvada havanın temperaturu -27 dərəcə olacaq.
Moskva ətrafında isə tempraturun -30 dərəcəyədək düşəcəyi gözlənilir.
Artıq Rusiya Metereoloji Mərkəzi kəskin şaxtaların olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Soyuq hava kütləsinin Arktikadan gəldiyi bildirilir.