Deputat televiziyalardakı reklamlardan narahatdır

Deputat televiziyalardakı reklamlardan narahatdır
15:05 14 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlığını ifadə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, G.Baxşəliyeva bildirib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər: "İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. Ona görə də insanlar gedib reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və öz xəstəliklərinin müalicəsini çətinləşdirirlər".

Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR