Sabah Bakıda bal yarmarkası başlayır

Sabah Bakıda bal yarmarkası başlayır
15:32 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək. 
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, yarmarka saat 10:30-da “Amay” Ticarət Mərkəzində (Bakı şəhəri, Nobel prospekti,23 ) ünvanında işə başlayacaq. 
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. 
Qeyd edək ki, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ənənəvi olaraq hər il keçirilir.  
Sərgi-satış yarmarkası noyabrın 15-dək davam edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/sabah-bakida-bal-yarmarkasi-baslayir-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR