SOCAR-ın “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib

SOCAR-ın “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib
15:42 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib. "Report" xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları, QHT rəhbərləri, şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə SOCAR-da gənclərlə bağlı həyata keçirilən layihələrə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. 
Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışıb, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb. SOCAR prezidenti Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsinin keçirildiyini, ümumilikdə 1 918 tələbənin SOCAR təqaüdünə layiq görüldüyünü bildirib. R.Abdullayev 2010-cu ildən etibarən yerli və xarici universitetlərin azərbaycanlı tələbələri üçün keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin də gənclər arasında populyar olduğunu söyləyib, gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşünün artırılmasında, onların neft sənayesi haqda dolğun informasiya əldə etməsində bu layihənin əhəmiyyətini yüksək qiymətləndirib. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı və perspektivli gənclərin Şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlərin də uğurla davam etdirildiyini vurğulayan SOCAR prezidenti bildirib ki, indiyədək bu proqram üzrə 275 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib. 209 təqaüdçü təhsilini müvəffəqiyyətlə bitirib qayıdıb və SOCAR-da uğurla fəaliyyət göstərirlər. Hazırda 32 təqaüdçü təhsilini davam etdirir. 
R.Abdullayev qeyd edib ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görür. İndiyədək İdarənin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərinin 841 məzunu öz peşələri üzrə SOCAR-ın müəssisə və təşkilatlarında işlə təmin olunub. 
R.Abdullayev Şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, SOCAR-ın təqaüdünə layiq görülmüş 77 tələbəni, eləcə də “Yay məktəbi-2016” layihəsinin 30 iştirakçısını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. 
Mərasimdə İnsan resursları Departamentinin rəisi Asif Bəkirli slaydlar vasitəsi ilə SOCAR-ın həyata keçirdiyi kadr hazırlığı siyasətindən ətraflı bəhs edib, bu sahədə qazanılan uğurlardan danışıb. O bildirib ki, Şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə Azərbaycanda neft-qaz ixtisasları üzrə ali təhsil alan tələbələr üçün reallaşdırılan Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 175 təqaüdçü “Gənc mütəxəssis” statusu ilə SOCAR-ın strukturlarında ixtisaslarına uyğun işlə təmin olunub. 2015-2016-cı tədris ili üzrə keçirilmiş müsabiqəyə isə 2 026 əlaçı tələbə müraciət edib, onlardan 1 571 nəfəri test imtahanında iştirak etmək hüququ qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş test imtahanı (məntiqi təfəkkür) və SOCAR-ın Müsabiqə Komissiyasının üzvləri ilə müsahibədə uğur qazanmış 77 tələbə, o cümlədən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 47, Qafqaz Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Bakı Dövlət Universitetinin 2, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2, Azərbaycan Dövlət İqtisad Universitetinin 1, Azərbaycan Texniki Universitetinin 1, ADA Universitetinin 1 və Xəzər Universitetinin 1 tələbəsi Şirkətin təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərdən 46 nəfəri ilk dəfə SOCAR-ın təqaüdünə layiq görülüb. 
A.Bəkirli “Yay Məktəbi” laihəsinə indiyədək 2 490 nəfərin müraciət etdiyini, onlardan 272 nəfərinin layihədə iştirak etmək hüququ qazandığını diqqətə çatdırıb. Tədbirdə çıxış edəndlə Azərbaycanda həyata keçirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən, neft kapitalının insan kapitalına transformasiyası prosesindən danışıb, müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşünə malik kadrların hazırlığı, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması istiqamətində SOCAR-ın həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 20:01

Zaqatalada dağlıq ərazidə meşə yanır

24 Sentyabr 2017 19:53

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 19:47

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53