İnsult keçirən sürücü piyadanı vurdu - FOTOLAR

İnsult keçirən sürücü piyadanı vurdu - FOTOLAR
15:43 14 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib.

Yolun üzü "Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub. Hadisəyə səbəb sürücünün sükan arxasında insult keçirməsi qeyd olunur. Vurulan piyadanın vəziyyəti olduqca ağır qiymətləndirilir. Adı hələ bəlli olmayan piyada başından zərbə alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib. (missiya.az)




Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR