Millət vəkili televiziyalardakı reklamları tənqid etdi

Millət vəkili televiziyalardakı reklamları tənqid etdi
15:46 14 Oktyabr 2016
54 Şou
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlğını ifadə edib.

Axşam.az-ın Trend-ə istinadən məlumatıan görə, G.Baxşəliyeva bildirib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər:
 
“İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. İnsanlar reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və xəstəliklərinin müalicəsini çətinləşdirirlər”.

Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR