Bakıda dəhşətli qəza: İnsult keçirən sürücü piyadanı vurdu - FOTO

Bakıda dəhşətli qəza: İnsult keçirən sürücü piyadanı vurdu - FOTO
15:47 14 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Milli.Az missiya.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib.

"Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında insult keçirməsi qeyd olunur. Vurulan piyadanın vəziyyəti olduqca ağır qiymətləndirilir. Adı hələ bəlli olmayan piyada başından zərbə alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR