İlham Əliyev: "Azərbaycan və Pakistan bir-birinə dəstək verir"

İlham Əliyev: "Azərbaycan və Pakistan bir-birinə dəstək verir"
15:49 14 Oktyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

“Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub”.

 

APA-nın məlumatına görə, bunu bu gün Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında  Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurub, bir-birinə dəstək verib: “Ölkələrimiz Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan Kəşmir məsələsinin beynəlxalq qətnamələr əsasında həllinə tərəfdardır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla eyni mövqedən çıxış edir. İşğal səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb, Xocalı soyqırımını tanıyıb.  Azərbaycan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir”.

 

Azərbaycan və Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ticarət, sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması sahəsində müzakirələrin aparıldığını, ölkələrimiz arasında əczaçılıq, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR