Nazarbayev sağaldı, işə qayıtdı

Nazarbayev sağaldı, işə qayıtdı
16:22 14 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Soyuqdəymədən müalicə alan Qazaxıstan prezidenti Nursultan Nazarbayev sağalıb və artıq iş başındadır.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Nazarbayev bu gün ölkənin Baş prokuroru Jakip Asanovu qəbul edib. 

Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar planlaşdırılan Azərbaycan və Ermənistan səfərindən imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR