Syomin vəfat etdi

Syomin vəfat etdi
16:27 14 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+


“Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin 73 yaşında Moskvada vəfat edib. Fanat.Az xəbər verir ki, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 1963, 1967-1972-ci illərdə “Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb. O, SSRİ yığmasında 1 oyun keçirib.


“Neftçi” PFK veteran futbolçunun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!


Fotoda Aleksandr Syomin kapitan kimi SSRİ yığma komandasını Avstriya yığmasına qarşı oyuna çıxarır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-syomin-vfat-etdi-t53337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR