Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş sərgi təşkil edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, gənc rəssam Mərziyə İbrahimovanın fərdi sərgisi Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Mədəniyyətlərarası Dialoq Fondu ilə birlikdə təşkil olunub.
Səfir Vilayət Quliyevin və Fondun direktoru Sevinc Mücirinin iştirakı ilə açılmış sərgini macar tamaşaçılar böyük maraqla izləyiblər.