Bakı gözəli Avstriyaya yollanacaq - FOTOLAR

Bakı gözəli Avstriyaya yollanacaq - FOTOLAR
16:53 14 Oktyabr 2016
110 Şou
Ölkə mətbuatı
A- A+

2017-ci ilin əvvəlində Bakıda “Miss Union 2017” Beynəlxalq Gözəllik Müsabiqəsinin milli seçimi keçiriləcək.

Bunu Publika.az-a açıqlamasında “Miss Union”un Azərbaycandakı direktoru, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova deyib.

Qalib 2017-cu ilin martında Vyanada (Avstriya) keçiriləcək müsabiqənin finalında iştirak edəcək.

“Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə ahəng təşkil edən müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ənənələr, gözəllik və mehribanlıq məcmusu kimi ölkəsini təmsil etmək imkanıdır.

“Miss Union” xeyriyyə layihəsinin əsas məqsədi onkoloji xəstəliklərlə mübarizə üçün vəsaitlərin yığılmasıdır. Müsabiqənin əsas devizi: "Dünyanı gözəllik xilas edəcək". Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir - xarici obraz, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

Xatırladaq ki, “Miss Union 2016”ın finalı avqustda Bakıda keçirilib. Gürcüstanlı Maya Amaşukeli qalib olub.

Cəvahir






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR