Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir - VİDEO

Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir - VİDEO
17:13 14 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

İntensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/172192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR