Quba, Lənkəran və Göygöl rayonlarının daha 4 yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Quba, Lənkəran və Göygöl rayonlarının daha 4 yaşayış məntəqəsinə ilk dəfə qaz verilib
17:17 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Quba, Lənkəran və Göygöl rayonlarının daha 4 kəndinə təbii qaz verilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lənkəran rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 270 abonenti olan Qumbaşı kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 17 668 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün Qyuba rayonunun Hacıağalar və Cadar kəndlərinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, ümumilikdə 199 abonenti kəndlərin qazlaşdırılması məqsədi ilə 16 157 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 85 abonentlik yaşyış məntəqəsinin qazlaşdırılması münasibəti ilə keçirilən tədbirdə isə vurğulanıb ki, bu məqsədlə 2895 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/quba-lenkeran-ve-goygol-rayonlarinin-daha-4-yasayis-menteqesine-ilk-defe-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR