"Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq"

"Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq"
17:17 14 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Qaz Dəhlizi" layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün çox vacibdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Aİ Şərq tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib.
 
Onun sözlərinə görə, bu məsələ Azərbaycan - Aİ əməkdaşlığı üzrə 4-cü alt komitənin dekabrda keçirilən iclasında müzakirə olunacaq.

Aİ rəsmisi TAP layihəsinin tikintisi ilə bağlı İtaliya daxilində narazılıqlara da toxunub: "Bu məsələni ilk növbədə TAP-la layihəyə aidiyyəti olan ölkələr aydınlaşdırmalıdır. Ən əsası isə İtaliya hökuməti ilə regional administrasiyalar razılığa gəlməlidir. Mən bu məsələdə nikbinəm. Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR