Xarici borc 516 milyard dollara düşdü

Xarici borc 516 milyard dollara düşdü
17:18 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın xarici borcu 0,5 faiz azalaraq oktyabrın 1-i vəziyyətinə 516,1 milyard dollar olub.

Publika.az xəbər verir ki, 2016-cı il üzrə Rusiyanın bankları, şirkətləri, eləcə də federal hökuməti 85,2 milyard dollar borc qaytarmalıdır. Bunun 67,12 milyard dolları əsas borc, 18 milyard dolları faizlərdir. 2017-ci ilin yanvar sentyabr aylarında isə Rusiyanın 60 milyard borc qaytarmalı olduğu irəli sürülür. Nəzərə çatdıraq ki, 516,1 milyard dollar borcun 270 milyard dolları dövlətə və ona yaxın qurumlara məxsusdur. Bu da ümumi daxili məhsulun 25 faizi deməkdir.

Qeyd edək ki, Rusiyanın beynəlxalq rezervləri bir həftədə (30 sentyabr 7 oktyabr) 2,3 milyard dollar azalaraq 395,4 milyard dollara düşüb.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR