890 nəfər alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları yaşayıb

890 nəfər alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları yaşayıb
17:24 14 Oktyabr 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

 

2016-cı ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20056 nəfər keçib.

 

 

Lent.az-ın məlumatına görə,  bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb. 

 

Onlardan 715 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 358 nəfər istifadəçi aşkar olunaraq  müvafiq qeydiyyata götürülüb.

 

Həmçinin, car ilin 9 ayı ərzində  2083 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10),  970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib.

 

Hesabatda o da qeyd olunub ki, eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzdə, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR