Karel Yarolim: “Azərbaycan yığmasına təəccübləndim”

Karel Yarolim: “Azərbaycan yığmasına təəccübləndim”
17:43 14 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Bacardığımız qədər çox xal toplamağa və qrupu ilk iki sırada tamamlamağa çalışacağıq. Buna inanmasaydım, indi ümidli yox, kədərli olardım”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

DÇ-2018-in seçmə mərhələsinin III turunda Azərbaycan millisi ilə evdə qolsuz bərabərə qalan çexiyalıların aktivində hazırda cəmi 2 xal var.

Yerli mətbuata danışan Yarolim komandasının seçmə mərhələdə uğursuz startının səbəbini açıqlayıb: “Mərkəzdən rəqib qapısına yaxınlaşmaq və cərimə meydanında sürətli oynamaq üzərində çalışmalıyıq. Futbolçular epizodlarda tez qərar verməlidi, qorxmamalı və daha cəsarətli oynamalıdılar. Rəqib müdafiədə oturmadıqda işin nisbətən asan olur. Bu baxımdan Norveçlə qarşıdakı matçın bizim üçün daha asan keçəcəyini düşünürəm. Azərbaycanla görüşə tam nəzarət etsək də, hücumda istədiyimiz kimi olmadıq. Qol vurmasan uğur qazana bilməzsən. Bu tilsimi qırmaq lazımdı”.

Təcrübəli mütəxəssis heyətdə ciddi islahatlar aparmaq fikrində olmadığını vurğulayıb: “Yığmanın qapısı hamının üzünə açıqdı. Heç kimlə də problemim yoxdu. Amma hər uğursuz nəticədən sonra heyətdə eksperiment aparmaq istəmirəm. Azərbaycan yığmasının isə bunu etməsinə təəccübləndim”.

Qeyd edək ki, millimiz Çexiya ilə görüşdən əvvəl San-Marino və Norveçi eyni hesabla (1:0) məğlub edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR