"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək

"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək
17:57 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin 3 mindən artıq əmanətçisinə indiyə qədər 100 mln. manata yaxın kompensasiya ödənilib. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumatda deyilir ki, Bankın əmanətçilərinin sayının çoxluğu, onların arasında sosial baxımdan həssas insanların olması nəzərə alınaraq kompensasiyaların verilməsi sabah (şənbə günü) saat 10:00-dan 15:00-a kimi də həyata keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-standard-in-emanetcilerine-kompensasiya-sabah-da-odenilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR