Baş nazirə təhdid mesajı çatdıran göyərçin cəzalandırıldı

Baş nazirə təhdid mesajı çatdıran göyərçin cəzalandırıldı
18:03 14 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Baş naziri Narendra Modiyə Pəncab ştatında təhdid xarakterli mesaj çatdıran göyərçinin qanadları kəsilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, göyərçinin Pakistandan göndərildiyi təxmin edilir.

Narendra Modiyi təhdid edən məktub daşıyan göyərçin Hindistan sərhədçiləri tərəfindən oktyabrın 2-də tutulmuşdu. Onun ayağında Hindistanın Baş nazirinə xitab olaraq yazılan məktub var idi.

“Modi, bizi 1971-ci ildəki insanlar hesab etmə. Artıq hər bir uşaq Hindistanla döyüşməyə hazırdır”, - kağızda yazılmışdı.

Bir polisin verdyi məlumata görə, həmin gündən qəfəsdə saxlanılan göyərçinin qanadları ölkəsinə qayıtmaması üçün kəsilib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR